• Bakı C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.7536

    RUB - 1.5373

Dünyanın ən qoca sakini vəfat etdi

DÜNYA

04 Yanvar 2025 | 15:17

Dünyanın ən qoca sakini vəfat etdi

Yaponiyada dünyanın ən qoca sakini sayılan Tomiko İtooka 116 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Kyodo” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, dekabrın 29-da dünyasını dəyişən Tomiko “dünyanın ən qoca sakini” statusu 2024-cü ilin sentyabr ayında İspaniyada 117 yaşlı Mariya Branyas Moreranın vəfatından sonra verilmişdi.

Tomiko 23 may 1908-ci ildə Osaka şəhərində anadan olub və son illərini qocalar evində keçirib.

Qeyd edək ki, uzunömürlülük baxımından mütləq rekord fransız Janna Kalmana məxsusdur. Onun 122 il 164 gün ömür sürdüyü deyilir.


SON XƏBƏRLƏR