1907-ci il təvəllüdlü Maria Branyas Morera dünyanın ən yaşlı insanı kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, Maria Branyas Morera ABŞ-da doğulsa da, əslən ispandır.
Dünya müharibələri dövrünün şahidi olan Morera 1918-ci ildə "ispan qripi" və 2020-ci ildə koronavirus epidemiyasından sağ çıxıb.
Qeyd edək ki, Maria Branyas Moreradan əvvəl 118 yaşlı fransız rahibəsi Lucile Randon dünyanın ən yaşlı insanı sayılırdı. Randon bu il yanvarın 18-də vəfat edib.
Nuranə













jpeg-1677308085.webp)



