• Bakı 20° C

    2.13 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Düşmən hədəfləri məhv edilir - VİDEO

CƏMİYYƏT

21 Dekabr 2022 | 10:21 | Müəllif: Qalib İbrahimoğlu

Düşmən hədəfləri məhv edilir - VİDEO

Cari il üzrə döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, plana uyğun olaraq bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə açılma, atəş mövqeyinin tutulması və texnikaların döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər.

Təlimin keçirilməsində əsas diqqət raket və artilleriya bölmələrində komandirlərin idarəetmə vərdişlərinin təkmilləşdirilməsinə, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına, eləcə də döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsinə yönəldilib.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin sərrast atəşlə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR