Əfqanıstanda hərbi qarşıdurmalar və Talibanın hakimiyyəti ələ keçirmə təhlükəsi səbəbindən bu ölkədən olan miqrantların sayı 2021-ci ildə iki dəfə artacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri BMT baş katibinin xüsusi nümayəndəsi Debora Layons deyib.
“Konflikt zonasının genişlənməsi və Talibanın hakimiyyəti altında yaşamaqdan imtina bu rəqəmi artırır”, - deyə diplomat bildirib.
















