“Vətəndaşlardan bizə daxil olan müraciətlərə əsasən deyə bilərəm ki, əhali daha çox hüquq mühafizə orqanlarından şikayətçidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsi” analitik hesabatın təqdimatında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.
O qeyd edib ki, bəzi dövlət qurumları deputatların sorğularına cavab vermir və ya qaldırdığı problemini həll etmir: “Vətəndaşlar rüşvət və korrpupsiya hallarından şikayətçidirlər. Vətəndaşlar öz sənədlərini almaq üçün belə rüşvət verməli olurlar. Bundan utan hissi keçirirəm.
Dövlət qurumlarına çağırış edirəm. Vətəndaşlarla işləyin, onlar şablon cavablar verməyin. Dövlət qurumlarının bir-birilə kommunikasiyası güclənməlidir”.
Ramid İbrahimov










jpg-1689146455.webp)



jpg-1689142332.webp)

