• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Əhalinin banklardakı əmanətləri rekord həddə çatdı

İQTİSADİYYAT

09 Avqust 2023 | 13:04

Əhalinin banklardakı əmanətləri rekord həddə çatdı

Naxçıvanda əhalinin banklardakı əmanətləri rekord həddə çatıb. Bu ilin ilk yarısında muxtar respublikada fəaliyyət göstərən banklarda əhalinin əmanətlərinin həcmi 20,2% artaraq 15,23 milyon manat təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan Muxtar Respublikası İdarəsindən bildirilib.

Depozitlərin 14,51 milyon manatı və ya 95,3 %-i milli valyutada, 720,7 min manatı və ya 4,7 %-i isə xarici valyutada yerləşdirilib. Başqa sözlə, milli valyutada yerləşdirilən vəsaitlər son bir ildə 22% artsa da, xarici valyutada olan əmanətlər 7,7% azalıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026