• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“AzInTelecom” jurnalistlər üçün təlim keçirdi - FOTOLAR

İQTİSADİYYAT

06 Sentyabr 2023 | 17:58

“AzInTelecom” jurnalistlər üçün təlim keçirdi - FOTOLAR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən jurnalistlər üçün “Rəqəmsal transformasiyanı sürətləndirən xidmət və məhsullar” mövzusunda təlim keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, təlimdə müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən 25 jurnalist iştirak edib. Tədbir zamanı “AzInTelecom”un əməkdaşları tərəfindən bulud həlləri, vahid nömrə satışı, mobil nömrədaşıma, elektron sənəd dövriyyəsi, onlayn ödəniş sistemi, SİMA rəqəmsal həllər platforması, telekommunikasiya vasitələrinin və qurğularının sertifikatlaşdırılması, mobil cihazların qeydiyyat sistemi və informasiya təhlükəsizliyi xidmətləri barədə çıxışlar olub.

Ümumilikdə interaktiv formada baş tutan təlimdə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda jurnalistlər arasında test müsabiqəsi təşkil edilib. Təlimi uğurla başa vuran jurnalistlərə hədiyyələr təqdim olunub.


“AzInTelecom” jurnalistlər üçün təlim keçirdi - FOTOLAR“AzInTelecom” jurnalistlər üçün təlim keçirdi - FOTOLAR“AzInTelecom” jurnalistlər üçün təlim keçirdi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026