• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Əhaliyə VACİB XƏBƏR: Elektron qaydada aparılacaq - VİDEO

CƏMİYYƏT

31 May 2022 | 18:11 | Müəllif: Subhan Mahmudov

Əhaliyə VACİB XƏBƏR: Elektron qaydada aparılacaq - VİDEO

Azərbaycanda fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən xəbər verir ki, bununla bağlı "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə qanunun 4-cü maddəsinin 1-ci bəndi yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq.

Qanunun hazırkı 4.1-ci bəndi belədir: "Dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aparır".

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Bu layihənin məqsədi sığorta olunanlar üçün əlçatanlığı təmin etməkdir. 

Bu fikirləri "Xəbər Ertəsi"nə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026