• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əhməd Əhmədov təkrar müayinədən keçiriləcək - RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

08 Aprel 2024 | 18:42 | Müəllif: Subhan Mahmudov

Əhməd Əhmədov təkrar müayinədən keçiriləcək - RƏSMİ AÇIQLAMA

Baş Prokurorluqdan Əhməd Əhmədovla bağlı ekspertizanın rəyi AÇIQLANDI

Fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 05.04.2024-cü il tarixdə təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR