• Bakı 19° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Əhməd Məsud Pəncşiri təslim edir?

SİYASƏT

24 Avqust 2021 | 15:13

Əhməd Məsud Pəncşiri təslim edir?

Əfqanıstan milli müqavimətinin lideri Əhməd Məsud (Əfsanəvi Əfqanıstanlı komandan Əhməd Şah Məsudun oğlu) Əfqanıstanda taliblərə tabe olmayan yeganə bölgə olan Pəncşiri təslim etmək planları ilə bağlı İngilis Teleqrafında yayılan məlumatı təkzib edib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl nəşr öz mənbələrinə əsaslanaraq kiçik Məsudun təslim olmasının ehtimal səbəbinin müqavimət hərəkatına heç bir ciddi xarici dəstəyin olmamasında göstərmişdir. İngilis nəşrinin mənbələri qeyd ediblər ki, belə bir vəziyyətdə taliblərə müqavimət göstərmək mənasızdır. Lakin "Iran International"ın müxbiri Tacuddin Suroşun Pancşir liderinin yaxın ətrafındakı mənbələrə istinadən belə planlar müzakirə edilmədiyini bildirir.

Bu ərəfədə Əhməd Məsud yüksək səviyyəli Taliban lideri, Əfqanıstanın keçmiş mədəniyyət naziri Əmirxan Muttaki ilə telefonla danışıb. Taliban lideri müqavimət göstərən gənc liderdən silahını qoyub danışıqlar masasına oturmasını xahiş edərək Talibanla müharibənin mənasının olmadığını bildirib. Lakin Məsud cavab olaraq müqavimət sıralarının yaxşı təchiz olunduğunu və "güclü döyüş ruhuna malik olduğunu" bildirb.

Pəncşir dərəsində etnik taciklər yaşayır. Əhalisi təxminən 140 min nəfərdir. Daha əvvəl Taliban vadini mühasirəyə aldığını, qonşu Bağlan əyalətindəki üç strateji bölgəyə və Pəncşirin girişinə nəzarət etdiklərini bildirmişdi. İslamçılar tərəfindən hakimiyyəti ələ keçirməzdən əvvəl Əfqanıstanın vitse-prezidenti vəzifəsində çalışan və özünü ölkənin qanuni prezidenti elan edən Əmrullah Saleh Talibanın Əfqanıstanın şimalındakı Bağlan əyalətindəki Andarab vadisinə qida və yanacaq buraxmasına icazə vermədiyini bildirib. Humanitar vəziyyətin ağır olduğuna işarə edib

Analitiklərin fikrincə, indiyə qədər Əfqanıstanda təsir bölgüsü uğrunda mübarizə aparan xarici güclərin heç biri müqavimət hərəkatını dəstəkləməyəcək, çünki indi Talibanla danışıqlar apararaq  hərə bir parça ələ keçirmək istəyirlər. Ancaq vəziyyət sonradan dəyişə bilər və əgər Taliban bu güclərdən birinin maraqlarına zidd hərəkət edərsə, Əhməd Məsudun da xaricdən dəstək almaq şansı artar..

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026