• Bakı 18° C

    1.3 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Eks-prezident prokurorluğa çağırıldı

DÜNYA

21 Dekabr 2021 | 13:27 | Müəllif: Qalib İbrahimoğlu

Eks-prezident prokurorluğa çağırıldı

Moldovanın keçmiş prezidenti İqor Dodon dekabrın 27-də  Baş Prokurorluğa çağırılıb.

Bakıvaxtı.az-ın RİA-Novosti-yə istinadən xəbərinə görə, bunu jurnalistlərə Baş Prokurorluğun mətbuat katibi Marianna Kerpek bildirib.

Onun sözlərinə görə, İ.Dodon dövlət vəsaitlərinin mənimsənilməsində iştirakda  şübhəli bilindiyindən prokurorluğa çağırılıb. Eks-prezident “Energokom”la bağlı cinayət işi üzrə şübhəli bilinir.

İstintaq məlumatına görə, 2008-ci ilin əvvəlində Moldovanı elektrik enerjisi ilə təmin edən “Enerqokom”un rəhbərliyi İqtisadiyyat Nazirliyinin, Milli Enerji Tənzimləmə Agentliyinin əməkdaşları və xaricdən gələn bir sıra şəxslərlə müqavilə bağlayıb. Prokurorluq hesab edir ki, onlar birlikdə işin iştirakçılarına elektrik enerjisinin alış qiymətini əsassız olaraq artırmağa və fərqi mənimsəməyə imkan verən sxem həyata keçiriblər.

Qeyd edək ki,  İ.Dodon 2008-ci ildə Moldovanın İqtisadiyyat Nazirliyinə rəhbərlik edib və ölkənin baş nazirinin birinci müavini olub.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR