• Bakı 14° C

    13.76 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Elçin Əfəndiyevin son vəziyyəti AÇIQLANDI

CƏMİYYƏT

24 Aprel 2024 | 10:36

Elçin Əfəndiyevin son vəziyyəti AÇIQLANDI

Xalq yazıçısı Elçin Əfəndiyev bir neçə gün əvvəl əməliyyat edilib. 

Bakıvaxtı.az xəbər verir ki, Modern.az xalq yazıçısının vəziyyətini öyrənmək üçün onunla əlaqə saxlayıb. 

Katibi Elçin Əfəndiyevin hələ də xəstəxanada olduğunu bildirib.

"İstanbuldadır, vəziyyəti yaxşıdır, hər şey bərpa olunur. Elə də ağır əməliyyat deyildi. Təhlükəli bir şey yoxdur. 
Daxili bir problemlə bağlı əməliyyat idi. Hər şey qaydasındadır", - açıqlamada deyilir.

Elçinin Azərbaycana nə zaman qayıdacağı hələlik məlum deyil.

Qeyd edək ki, Elçin Əfəndiyev yazıçı İlyas Əfəndiyevin oğludur. O, 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb. 


SON XƏBƏRLƏR

05 May 2024