• Bakı 19° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Eldar Salayev dəfn olunub - YENİLƏNİB

CƏMİYYƏT

21 Iyun 2022 | 15:50

Eldar Salayev dəfn olunub - YENİLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Eldar Salayev dəfn olunub.

Bakıvaxtı.az xəbər verir ki, II Fəxri xiyabanda torpağa tapşırılıb.

***

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Eldar Salayevlə vida mərasimi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, mərasimdə elm və təhsil xadimləri, mərhumun dostları, ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər E.Salayevlə bağlı xatirələrini bölüşüblər, onun elm və təhsil sahəsindəki xidmətlərindən danışıblar.

Mərhum II Fəxri xiyabanda torpağa tapşırılacaq.

*** 12:32

Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik, 1983–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olan Eldar Salayev II Fəxri Xiyabanda dəfn olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. Bildirilib ki, II Fəxri Xiyabanda əvvəlcə vida mərasimi keçiriləcək. Vida və dəfn mərasimində AMEA rəhbərliyi və akademiklər iştirak edəcək.

Qeyd edək ki, Eldar Salayev ötən gün axşam saatlarında 88 yaşında vəfat edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026