• Bakı 27° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Elektrik qatarları ilə hərəkət dayandı

DÜNYA

06 Noyabr 2023 | 20:55

Elektrik qatarları ilə hərəkət dayandı

Litvada kontakt şəbəkəsində baş verən qəza dəmir yollarının işini iflic edib, dayanmış elektrik qatarları teplovozlarla əvəz edilməli olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Lietuvos Gelejinkelay” (Litva Dəmir Yolları) dövlət müəssisəsi məlumat yayıb.

Dəmir yolu idarəsinin nümayəndəsi Kotrina Dzikarayte jurnalistlərə açıqlamasında bildirib ki, Vilnüs-Kaunas xəttində baş verən qəzaya görə qatarların hərəkəti bir neçə saatlıq dayandırılmalı olub, dayanmış qatarlarda gedən sərnişinlər avtobuslarla təyinat yerlərinə çatdırılıb.

Litvanın Vilnüsdən sonra ikinci ən böyük şəhəri olan Kaunasdan keçməklə ölkənin üçüncü və dördüncü böyük şəhərləri olan Klaypeda və Şyaulyaya marşrutlar var. “Bu marşrutlarda elektrik qatarlarının əvəzinə teplovozlardan istifadə edilib”, - o bildirib.

Mütəxəssislərin fikrincə, kontakt şəbəkəsi sabah bərpa olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026