• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Əli Əsədov gürcüstanlı həmkarına başsağlığı verdi

CƏMİYYƏT

04 Avqust 2023 | 16:43

Əli Əsədov gürcüstanlı həmkarına başsağlığı verdi

Avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.

Baş nazir Ə.Əsədov Gürcüstanın qərbində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib, faciə ilə əlaqədar İ.Qaribaşviliyə dərin hüznlə başsağlığı verib.

Məktubda həmçinin yaralananlara şəfa dilənib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılması arzulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026