“Prezident İlham Əliyevin Moskvada danışıqlarda iştirakı digər görüşlərdə aparılan müzakirələrədən fərqlənir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin insan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib.
Millət vəkili əlavə edib ki, Nikol Paşinyan Zəngəzur termininə qarşı çıxsa da Azərbaycan Prezidenti İlham Əliyev şimal-cənub, qərb-şərq koridor məntiqini onun əleyhinə çevirdi:
“Daha sonra məsələ Laçın-Xankəndi yoluna, həmçinin Nəzarət buraxılış məntəqəsinə yönəldi və Paşinyan iddia etdi ki, ora bağlıdır. Cənab prezident bunun da yalan olduğunu sübuta yetirdi və bildirdi ki, Rusiya sülhməramlı qüvvələrinin postu ora cəmi 20 metr məsafədədir”.
Onun sözlərinə görə, dövlətimizin başçısı Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyan Paşinyanın səsləndirdiyi fikirlərin absurd olduğunu qısa zaman ərzində hər kəsin gözü qarşısında ortaya qoydu.
Cavad


jpg-1685107068.jpg)





jpg-1687684029.webp)

jpg-1687678455.webp)





