• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Aİ-nin məqsədi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır

SİYASƏT

25 Iyun 2023 | 15:41 | Müəllif: Qalib İbrahimoğlu

Aİ-nin məqsədi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır

"Avropa İttifaqı fevralın 22-dən bəri Ermənistan-Azərbaycan şərti dövlət sərhədinə yerləşəndən etibarən Ermənistan Azərbaycana qarşı mütəmadi təxribatlar törədib".

Bu barədə Bakıvaxtı.az-a Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov deyib.

Politoloq bildirib ki, ötən müddət ərzində erməni silahlı qüvvələri dəfələrlə toqquşmalara səbəb olan təxribatlara əl atıb, atəşkəsi pozub:

"Ancaq Aİ-nin xüsusi missiyası hər dəfə susqunluğunu qoruyub saxlayıb, baş verənlərlə bağlı hansısa açıqlama verməyib. Daha doğrusu, məsələyə barmaqarası yanaşıb”.

Onun sözlərinə görə, indiki halda Aİ-nin Azərbaycan-Ermənistan sərhədinə yerləşdirdiyi missiyanı genişləndirmək qərarı da prosesi daha yaxından izləmək, fəaliyyəti gücləndirmək məqsədi daşımır. Politoloq hesab edir ki, Avropa İttifaqının yeganə qayəsi Rusiyanı Cənubi Qafqaz bölgəsindən sıxışdırıb çıxartmaqdır:

“Missiyaya həm də təzyiq vasitəsi kimi baxırlar. Əslində Aİ-nin öz missiyasını genişləndirmə cəhdi qanunlara ziddir. Ümumiyyətlə, Avropa İttifaqının missiyasının bölgəyə gəlişinə rəsmi Bakının icasəzi, ricası olmayıb. Bu məsələ mütləq Azərbaycan tərəfi ilə razılaşdırılmalı idi. Ancaq etmədi, göründüyü kimi qurum genişləndirmə məsələsini də rəsmi Bakı ilə müzakirəyə ehtiyac duymur. Bu da onu göstərir ki, Avropa İttifaqı regionda öz maraqlarını təmin etmək istiqamətində nə Rusiyanı, nə də bölgənin digər dövlətlərini diqqətə almır”.

Samir Hümbətov bildirib ki. şübhəsiz, bütün bu addımlar son nəticədə bölgədə gərginliyin azalmasına yox, əksinə artmasına xidmət edir: “Bu fəaliyyətdə Fransanın rolunu xüsusi qeyd etmək lazımdır".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR