• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Elmar Məmmədyarovun atası dəfn edildi - FOTOLAR

CƏMİYYƏT

02 Yanvar 2022 | 21:17 | Müəllif: Qalib İbrahimoğlu

Elmar Məmmədyarovun atası dəfn edildi - FOTOLAR

Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri, akademik Məhərrəm Məmmədyarov II Fəxri xiyabanda dəfn edilib.

Bakıvaxtı.az xəbər verir ki, vida mərasimində AMEA Rəyasət Heyətinin üzvləri, çalışdığı Neft-Kimya Prosesləri İnstitutunun kollektivi, Akademiyanın bir sıra elmi müəssisə və təşkilatlarının rəhbərləri, elmi ictimaiyyətin nümayəndələri, eləcə də mərhum alimin ailə üzvləri iştirak ediblər.

Alimin məzarı önünə Xarici İşlər Nazirliyinin rəhbərliyi və AMEA Rəyasət Heyəti və Neft-Kimya Prosesləri İnstitutu adından əklillər düzülüb.

Xatırladaq ki, akademik Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun atası idi./qafqazinfo.az/


Elmar Məmmədyarovun atası dəfn edildi - FOTOLARElmar Məmmədyarovun atası dəfn edildi - FOTOLARElmar Məmmədyarovun atası dəfn edildi - FOTOLARElmar Məmmədyarovun atası dəfn edildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026