• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Zəlzələ bölgəsində yenidənqurma işləri yeni fəlakətə yol aça bilər - Ekspert

DÜNYA

20 Fevral 2023 | 13:08

Zəlzələ bölgəsində yenidənqurma işləri yeni fəlakətə yol aça bilər - Ekspert

"Türkiyədə zəlzələ baş vermiş ərazilərdə yenidən qurma və tikinti işlərinin aparılması gələcək nəsilləri yeni bir fəlakətlə üz-üzə qoya bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu əmlak eksperti Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, ərazilərin dağıntılardan təmizlənməsi, yeni yolların cəkilməsi, infrastrukturların qurulması cox uzun müddət zaman alacaq: "Bu isə Türkiyə hökumətinin həmin ərazilərin yenidən qurulması ilə bağlı xalqa verdiyi 1 illik vədlə üst üstə düşmür".

Ekspert deyib ki, ölkəmizdə köhnə binaların sökülərək yeni binalarla əvəzlənmə prosesinə nəzər salsaq, təcrübədə bu proses təqribi 2,5 - 3 il müddətə başa gəlir: "Binanın sökülməsi, ərazinin təmizlənməsi, tikintidə bünövrənin qazılması, betonlanması və betonun quruması, əlavə olaraq hər mərtəbədə verilən betonun quruması, ara divarların hörülməsi, suvanması və mənzillərin daxili təmiri bəlli bir zamana başa gəlir. Təbii ki, bu proses zamanından tez, yəni beton hissələr qurumadan baş verərsə o zaman tikinti bitdikdən sonra cökmələrin olması qacılmazdır".

E.Fərzəliyev vurğulayıb ki, başqa bir tərəfdən isə sosial şəbəkələrdə zəlzələdən əvvəl də həmin ərazilərdə yaşayan sakinlərin paylaşımlarından acıq şəkildə bəlli olur ki o ərazilərdə mütəmadi olaraq zamanla kicik ballıq zəlzələlər baş verirmiş: "Yəni həmin ərazilər seysmik zona olaraq zəlzələyə meyilli ərazilərdir. Düşünürəm ki, o ərazilərdə yenidən qurma işlərinin aparılması qadağan olunmalı və o yaşayış massivləri zəlzələyə meyilli olmayan digər ərazilərdə tikilməlidir. Bu həm tikinti işlərinin sürətləndirilməsinə gətirib cıxara bilər, həmcinin gələcəkdə həmin, yəni zəlzələ baş vermiş ərazilərdə yenidən zəlzələ baş verərsə o zaman dövlət təlafat və dagıntılardan qorunmuş olar. Bu mənim şəxsi fikrimdir".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026