• Bakı 22° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Dəhşətli hadisə: Məsciddən qayıdan qocaya od vuruldu - FOTO

DÜNYA

22 Mart 2023 | 10:22

Dəhşətli hadisə: Məsciddən qayıdan qocaya od vuruldu - FOTO

İngiltərənin Birmingem şəhərində məsciddən evə qayıdan qocanın üstünə maddə çiləyərək od vuran və yaralanmasına səbəb olan şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, İngiltərə mətbuatında çıxan xəbərə görə, ötən gün Birmingemdə yerli vaxtla axşam saat 19:00-dan sonra məsciddən evə qayıdan 82 yaşlı kişini yandıran şəxs adam öldürməyə cəhd ittihamı ilə saxlanılıb.

West Midlands polisinin verdiyi məlumata görə, qoca məsciddən evə gedərkən bir nəfər ona yaxınlaşıb, onunla danışıb, daha sonra üzərinə naməlum maddə səpərək pencəyini yandırıb.

Polis rəsmiləri həmçinin qeyd edib ki, fevralın 27-də Londonun qərbində baş verən oxşar hadisədən xəbərdar olublar və onların əlaqəsi olub-olmadığını öyrənmək üçün London Metropolitan Polis Xidməti ilə işləyirlər.

Terrorla mübarizə polisi də hadisə ilə bağlı araşdırma başlatıb.

Ay Tac


SON XƏBƏRLƏR

19 Aprel 2024