• Bakı 14° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Elton Con Vatikanı ittiham edib

MƏDƏNİYYƏT

16 Mart 2021 | 22:37

Elton Con Vatikanı ittiham edib

Britaniyalı müğənni Elton Con Vatikanı yekcins nikahlara qarşı sərgilədiyi mövqeyə görə tənqid edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ifaçı özünün “Instagram” hesabında yazıb.

Ulduzun sözlərinə görə, katolik kilsəsinin məsələyə yanaşması onu təəccübləndirib.

“Vatikan yekcins münasibətlərin günah olduğunu bildirir və belə nikahlara xeyir-dua verməkdən imtina edir. Lakin digər tərəfdən də, mənim Devid Fişnerlə ailə səadətimi əks etdirən “Roketmen” filminə sərmayə yatırır və bundan milyonlarca qazanc götürür. Bu ikiüzlülükdür”, - deyə E.Con bildirib.

Qeyd edək ki, sözügedən film 2019-cu ildə ekranlara çıxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026