• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tanınmış bəstəkar vəfat etdi - FOTO

MƏDƏNİYYƏT

09 Aprel 2021 | 17:59

Tanınmış bəstəkar vəfat etdi - FOTO

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının keçmiş bədii rəhbəri, bəstəkar İlham Abdullayev vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xalq artisti Faiq Ağayev sosial şəbəkədə məlumat yayıb.

“Bir ay əvvəl zəng edib, ifa etdiyim mahnılarının keyfiyyətli yazılarını məndən istədi. Dedi ki, hələ gec deyil, yolla onları mənə. Bilirdim ki, neçə ildir xəstəliyi ilə mərdcəsinə mübarizə aparır, dərhal istədiklərinin bir hissəsini yolladım ona. “Hələ yaxınlarda 90-larda ifa etdiyim 2 mahnımızın “remake”ləri çıxacaq, sevindirəcəyəm sizi” dedim. Qismət olmadı… Rahat uyu, yerin də rahat olsun, dəyərli insan. Allah rəhmət eləsin”, - deyə Xalq artisti əlavə edib.


Tanınmış bəstəkar vəfat etdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026