Xalq artisti Flora Kərimova sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, Flora Kərimova mərhum müğənni Emil Rəhmanoğlu ilə əlaqədar paylaşım edib. Belə ki, Xalq artisti Emillə vidalaşa bilmədiyi üçün təəssüf hissi keçirib: "Səninlə üz-üzə gəlmədik ki, “İstedadlısan. Səsin ifan qədər gözəldir” deyim. Yoxluğuna və ağrı-açının nöqtəsinə də əlvida demək qismətim olmadı".
"Tanrı səni taleyinə bağışlasın, Emil.."- deyə F.Kərmova qeyd edib.
Qeyd edək ki, Emil Rəhmanoğlu ötən həftə 44 yaşında vəfat edib. O, uzun müddətdir narkotik asılılığından əziyyət çəkib.
Xəyalə Rza