Xalq artisti Flora Kərimova və Əməkdar artist Elza Seyidcahan arasında gərgin anlar yaşanıb.
Bakıvaxtı.az xəbər verir ki, “Elgizlə izlə” verilişində qonaq olan sənətçilərin sözləri bir-birinin boğazından keçməyib.
Belə ki, əvvəlcə Flora Kərimova Elza Seyidcahanın musiqilərinə, imicinə və açıqlamalarına etiraz edib: “Sizin millətin ənənəsini saymamağa, milləti saymamağa, millətin sözünü, rəyini təpik altına salmağa ixtiyarınız yoxdur”.
Xalq artistinin bu sözləri isə Əməkdar artisti özündən çıxarıb. O, “Mən millətimin ənənəsindən, tərbiyəsindən çıxmamışam. Adət-ənənə ilə ailə qurmuşam. Siz sənəti yaşamırsınız” deyərək mikrofonu yerə çırparaq efiri tərk edib.
Ziyafət Əlisoy












jpg-1707296701.webp)



