• Bakı 12° C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Emin Əmrullayev Qaribaşvili ilə görüşdü

SİYASƏT

22 Fevral 2022 | 14:01 | Müəllif: Subhan Mahmudov

Emin Əmrullayev Qaribaşvili ilə görüşdü

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkədə rəsmi səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Bakıvaxtı.az xəbər verir ki, Gürcüstan və Azərbaycanın təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında sazişin imzlanması iki ölkənin elmi, ali və peşə-texniki təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, gürcü və Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinin keyfiyyətinin artırılmasına töhfə verəcək.

Vurğulanıb ki, Gürcüstan tərəfi Azəbaycandakı gürcüdilli, Gürcütandakı azərbaycandilli ümumtəhsil məktəblərinin müəllimlərinin ixtisas artımı itiqamətində işlərini davam etdirəcək.

Bildirilib ki, Gürcüstan hökuməti keyfiyyətli təhsilin əlçatanlığının genişləndirilməsi, Azərbaycan dilində təhsil alanların dövlət dilinə yiyələnməsi istiqamətində səylərinin artırılmasına sadiqdir.

Görüşdə Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli və Azərbaycan səfiri Faiq Quliyev də iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026