• Bakı 27° C

    12.99 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Əmioğlular arasında qız üstündə ATIŞMA: 2 qardaş öldü

DÜNYA

07 Noyabr 2024 | 01:00

Əmioğlular arasında qız üstündə ATIŞMA: 2 qardaş öldü

Türkiyədə əmioğluları arasında silahlı insident olub.

Bakıvaxtı.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Qaziantep rayonunu Şahinbəy qəsəbəsində baş verib.

Qız almaq üstündə əmioğlular arasında əvvəlcə mübahisə başlayıb. Sonradan mübahisə böyüyüb və silahlı insidentə çevrilib. Nəticədə 4 nəfər yaralanıb.

Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri yaralılardan Mehmet Kerenin öldüyünü müəyyən ediblər. İkisi ağır 3 yaralı isə xəstəxanaya aparılıb. Xəstəxanada yaralılardan Eyüp Kereni də xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişən iki qardaşın meyiti müayinə üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib. Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyul 2026