• Bakı 22° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Ukrayna bu ölkədəki vətəndaşlarına çağırış etdi

DÜNYA

06 Dekabr 2024 | 23:31

Ukrayna bu ölkədəki vətəndaşlarına çağırış etdi

Ukrayna Xarici İşlər Nazirliyi Suriyadakı vətəndaşları təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar ölkəni tərk etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Livandakı səfirliyi məlumat yayıb. 

“Səfirlik Suriyada qalmağa qərar verənlərə insanların sıx olduğu yerlərdən uzaq durmağı, mitinq, nümayişlərdə iştirak etməməyi, təhlükəsizlik tədbirlərinə və qaydalarına riayət etməyi, yaşayış yerini tərk etməməyi, hər zaman yanında sənədlər gəzdirməyi və ölkədə qalma müddətinin qısaldılması ehtimalını nəzərə almağı tövsiyə edir”, - məlumatda ​​deyilir.


SON XƏBƏRLƏR