• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Rusiya Zaporojye şəhərinə hücum etdi: ölənlər var - YENİLƏNİB

DÜNYA

07 Dekabr 2024 | 00:24

Rusiya Zaporojye şəhərinə hücum etdi: ölənlər var - YENİLƏNİB

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinin eyni adlı mərkəzinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı doqquza çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu vilayətin hərbi administrasiyasının başçısı İvan Fedorov teleqramda bildirib.

“Saat 21:00-a (Bakı vaxtı ilə 23:00 – red.) olan vəziyyətə görə, 20 nəfər yaralanıb və doqquz nəfər ölüb”, – məlumatda qeyd olunub.

Bundan başqa, Baş Prokurorluğa görə, Rusiyanın aviazərbəsi nəticəsində avtotəmir kompleksi dağılıb, mağazalar, çoxmərtəbəli binalar və s. infrastruktura ziyan dəyib.

Eyni zamanda, Milli Polisin dəqiqləşdirməsinə əsasən, vilayətə iki zərbə endirilib – biri Zaporojye şəhərinə, digəri eyni adlı rayona. İkincisi açıq əraziyə düşüb.

 

21:47

Rusiya ordusu Zaporojye şəhərinə zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zaporojye Daxili İşlər İdarəsinin rəisi İvan Fyodorov məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın Zaporojye vilayətinə hücumu nəticəsində 7 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025