Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Natavan qəsəbəsində yerləşən “Min Bir Gecə” şadlıq sarayında qeydə alınıb.
Şəfayət adlı şəxs və onun həyat yoldaşı Rəna adlı qadın müxtəlif bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
















