Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük bir nümayəndə heyəti ilə Suriyaya gedəcəyi gözlənilir.
Bakıvaxtı.az "Hürriyet"ə istinadən xəbər verir ki, Suriyada keçid hökuməti sürətlə qurulacaq.
Prezident Ərdoğan sərmayələrə cavabdeh nazirlərin də olduğu böyük bir heyətlə Dəməşqə səfər edəcək.
Səfərin tarixi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Ərdoğan Türkiyənin Suriyanın yeni administrasiyası ilə sıx əlaqə saxladığını və ona hər cür dəstəyi verəcəyini açıqlayıb.
Gülşən Şərif