• Bakı 14° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Ərdoğan: "Fəthullahçıların sonunu çatdırdıq"

DÜNYA

22 Oktyabr 2024 | 15:37

Ərdoğan: Fəthullahçıların sonunu çatdırdıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın genişləndirilmiş partiya rəhbərləri yığıncağında çıxış edib.

Bakıvaxtı.az TRT-yə istinadla xəbər verir ki, Ərdoğan Fəthullahçı Terror Qruplaşmasının (FETÖ) rəhbəri Fəthullah Gülənin ölümü ilə bağlı mövzuya da toxunub: 

“Biz heç vaxt qəyyumluğa, mafiyaya, dəstələrə, terror təşkilatlarına, ədalətsizliyə, qanunsuzluğa, status-kvonun keşikçisi kimi çıxış edən antidemokratik qruplara boyun əyməmişik”.

Türkiyə rəhbəri əlavə edib ki, 15 İyulda biz sevgili millətimiz ölüm saçan silahları, bomba atan təyyarələri, milləti hiyləgərcəsinə, şərəfsizcəsinə güllələyən FETÖ qruplaşması son həddə çatdırılıb: 

"Qan və nifrətlə dolu olan, ləyaqətsiz "Fəthullahçı"ların sonunu çatdırdıq. Xalqımızı qana boyayan insanların axırı belə də olmalıdır".

Əli Hüseynov


SON XƏBƏRLƏR