• Bakı 11° C

    13.11 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Ərdoğan Özgür Özəli məhkəməyə VERDİ 

DÜNYA

08 Aprel 2025 | 13:15

Ərdoğan Özgür Özəli məhkəməyə VERDİ 

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəli məhkəməyə verib.

Bakıvaxtı.az bu barədə TRT kanalına istinadən xəbər verir.

Özəl Rəcəb Tayyib Ərdoğana qarşı “xunta üzvü” ifadəsi işlətdiyi üçün ona 500 min lirəlik təzminat iddiası açılıb.

Qeyd edək ki, bazar günü keçirilən qurultayda yenidən sədr seçilən Özgür Özəlin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı sözləri nazirlərin sərt reaksiyasına səbəb olub. 

Xarici işlər naziri Hakan Fidan bildirib ki, Rəcəb Tayyib Ərdoğan illərdir xalqdan aldığı dəstəklə Türkiyəyə xidmət edir və hər cür vesayetə qarşı mübarizə aparır: “Artıq həddini bil! Legitimliyi sandıqda deyil, küçədə axtaran, xarici güclərdən yardım uman, korrupsiya istintaqından qəhrəmanlıq çıxarmağa çalışan şəxs Özgür Özəldir.”


SON XƏBƏRLƏR

16 Aprel 2025