• Bakı 11° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Ərdoğan Qazaxıstana səfər edəcək

DÜNYA

11 Sentyabr 2023 | 12:51

Ərdoğan Qazaxıstana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrda Qazaxıstana səfər edəcək.

Bakıvaxtı.az Qazaxıstan KİV-ə istinadən xəbər verir, bunu Qazaxıstanın Baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə dövlət başçısının səfəri noyabrın 3-nə planlaşdırılıb. R.T.Ərdoğan Qazaxıstanda Türk Dövlətləri Təşkilatının 10-cu yubiley sammitində iştirak edəcək.

“Biz bu sammiti ən yüksək səviyyədə təşkil etmək və keçirmək barədə razılaşdıq”, - M.Nurtleu əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026