• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyaya gedən deputat partiyadan qovuldu

DÜNYA

11 Oktyabr 2023 | 11:08

Rusiyaya gedən deputat partiyadan qovuldu

Yaponiyada müxalifət cəbhəsi olan “Nippon Isin no Kai” (JIP) üzvü deputat Muneo Suzuki partiyasından xaric edilib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb onun Rusiyaya xəbərsiz səfər etməsi ilub.

Məlumata görə, deputatın Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşü də reaksiyaya səbəb olub.

Partiya daxilində Etika Komitəsinin açıqlamasında bildirilib ki, "intizamsız davranış" nümayiş etdirdiyi qeyd edilən deputat JİP sədrinin qərarı ilə rəsmi olaraq partiyadan xaric edilib.

Qərarda bildirilir ki, Muneonun partiyaya əvvəlcədən xəbərdarlıq etmədən xaricə səfəri və bu səfər zamanı verdiyi "mübahisəli açıqlamalar" təsirli olub.

Səfərlə bağlı Rusiya mətbuatında dərc olunan görüntülərdə Muneonun Ukraynaya qarşı hücumlarda Rusiyanın qalib gələcəyinə yüz faiz əmin olduğu əksini tapıb.

Qeyd edək ki, 75 yaşlı Muneonun səfəri 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna böhranından sonra Yaponiyadan olan bir millət vəkilinin Rusiyaya ilk səfəri olaraq qeydə alınıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026