• Bakı 25° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Ərdoğan seçkilərlə bağlı daha bir paylaşım etdi

DÜNYA

14 May 2023 | 23:25 | Müəllif: Subhan Mahmudov

Ərdoğan seçkilərlə bağlı daha bir paylaşım etdi

14 May seçkilərinin böyük bir demokratiya ziyafəti şəklində sülh və əmin-amanlıq içində keçməsi Türkiyəmizin demokratik yetkinliyinin ifadəsidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan "Twitter" hesabında yazıb. 

O, yazısında müxalif siyasətçilərə də mesaj ünvanlayıb: "Seçki belə müsbət və demokratik şəraitdə keçdiyi halda, səslərin hesablanması hələ də davam etdiyi halda, nəticələrin tələsik elan edilməsinə cəhd milli iradənin qəsb edilməsi deməkdir.

Biz sevinirik ki, xalqımızın lütfü davam edən səslərin sayılmasında öz əksini tapır. Mən bütün iddiaçılarımdan və həmkarlarımdan nə olursa olsun, nəticələr rəsmən yekunlaşana qədər seçki qutularına nəzarət etmələrini xahiş edirəm. Demokratiya naminə səs verən, seçki işində iştirak edən bütün vətəndaşlarımı təbrik edir, onların hər birinə öz təşəkkürümü bildirirəm".

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026