• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğan: Trampın vədlərini yerinə yetirməsini gözləyirik

DÜNYA

14 Fevral 2025 | 16:32

Ərdoğan: Trampın vədlərini yerinə yetirməsini gözləyirik

Türkiyə ABŞ Prezidenti Donald Trampın Qəzza sektorunda sülhlə bağlı verdiyi seçkiqabağı vədləri yerinə yetirməsini gözləyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistandan qayıtdıqdan sonra jurnalistlərə bildirib.

"Biz cənab Trampın seçkilərdən əvvəl verdiyi vədi yerinə yetirməsini gözləyirik. O, yeni müharibəyə deyil, sülhün bərqərar olmasına kömək edəcək addımlar atmalıdır. Qəzzadakı vəziyyət həqiqətən çox həssas və mürəkkəbdir", - Ərdoğan bildirib.

O, həmçinin hesab edir ki, dünya ictimaiyyəti Türkiyənin Qəzzada atəşkəsə nail olmaq səylərini inkar etməməlidir. Ankara Fələstin məsələsinin ədalətli həllinin tərəfdarıdır ki, bu da yalnız əməkdaşlıq və beynəlxalq ictimaiyyətin konstruktiv mövqeyi ilə mümkündür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026