• Bakı 12° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Ərdoğandan Novruz təbriki

GÜNDƏM

21 Mart 2021 | 10:55

Ərdoğandan Novruz təbriki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Novruz bayramı münasibətilə təbrik mesajı yayımlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə prezidenti təbrik mesajında Ərdoğan bütün dünyaya birlik və həmrəylik arzu edib.

“Yazın muştuluqçusu, sülh və qardaşlığın simvolu Novruz gününü təbrik edirəm.

Mərkəzi Asiyadan Anadolu və Balkanlaradək geniş coğrafiyada min illərdir coşqu ilə qeyd olunan Novruzun işarə etdiyi birlik və həmrəylik hissinin bütün dünyaya kök salmasını və daimi olmasını diləyirəm.

Novruzun cücərtdiyi ümid və həyəcanla həm ölkəmiz, həm bölgəmiz, həm də bütün bəşəriyyət üçün daha firavan, daha ədalətli və daha təhlükəsiz gələcəyi qadını və kişisi ilə, gənci və yaşlısı ilə çiyin-çiyinə qurmağa davam edəcəyik.

Novruzun əziz millətimizə və bütün insanlığa əmin-amanlıq, bərəkət və muştuluqlar gətirməsinə ümid edir, bütün vətəndaşlarımızı səmimi-qəlbdən salamlayıram”, - o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026