• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ərdoğandan SƏRT XƏBƏRDARLIQ: "Uduzacaqlar!"

DÜNYA

01 Yanvar 1970 | 04:00 | Müəllif: Günəş Mərd

Ərdoğandan SƏRT XƏBƏRDARLIQ: "Uduzacaqlar!"

"Avropa Birliyinə qoşulmaq artıq Türkiyə üçün prioritet deyil".

Bakıvaxtı.az "Əl-Cəzirə" yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

Onun sözlərinə görə, Türkiyə siyasi birliyə qoşulma ehtimalını istisna etmir, lakin bu məsələ artıq prioritet deyil. Onun fikrincə, Avropa Birliyi Ankaranı rədd etməyə davam edərsə, uduzacaq.

Xatırladaq ki, Türkiyə 1963-cü ildə Avropa Birliyi (o vaxtkı Avropa İqtisadi Birliyi) ilə assosiasiya müqaviləsi imzalayıb və 1987-ci ildə üzvlük üçün rəsmi müraciət təqdim edib. Respublikanın birliyə qoşulması ilə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və siyasi fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb.

Günəş Mərd  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026