• Bakı 16° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Erməni diversant intihar etdi

GÜNDƏM

21 Iyul 2021 | 23:52

Erməni diversant intihar etdi

İyulun 21-də Xocavənd ərazisində qanunsuz erməni silahlı dəstələrindən birinin üzvü intihar edib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, erməni hərbçinin intiharına səbəb kimi dözülməz xidmət şəraiti qeyd olunur.

Azərbaycan ərazisində qanunsuz silahlı birləşmənin tərkibində olan bu şəxsin intiharı hazırda bir çox şeydən xəbər verir. Görünür, Azərbaycan ordusunun məhv etdiyi ordunun qalıqları olan bu şəxslərin düçar olduğu çarəsizlik də ölümcül xarakter daşıyır. Çünki onlar ya təslim olmalı, diversant kimi törətdikləri qanunsuz əməllərə görə Azərbaycan tərəfindən mühakimə olunmalı, ya da gec-tez dözülməz şəraitdən bu yola baş vurmalıdır.

İstənilən halda ədalət məhkəməsi bu şəxsləri tapacaq. Ona qədər isə qanunsuz əməllər, cinayətlər törətmiş bu şəxslər çarəsizliyin uçurumuna yuvarlanacaqlar. Ədalət istənilən şəkildə öz yerini tapacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR