• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Yoluxma artır: Sərt karantin, yoxsa peyvəndləmə? -AÇIQLAMA

GÜNDƏM

20 Avqust 2021 | 11:42

Yoluxma artır: Sərt karantin, yoxsa peyvəndləmə? -AÇIQLAMA

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı ölkənin son günlərinin statistikası qorxuducu həddə çatıb. Hələ peyvəndləmə başlamadığı 2020-ci ilin 13 dekabrında qeydə alınan ən yüksək günlük yoluxma 4451 nəfər olmuşdu.

Son günlər qeydə alınan yoluxma da buna çox yaxın olub. Ölkə əhalisinin 30 faizinin peyvəndləndiyini, 10 faizə yaxınının xəstəliyi gizli və ya açıq keçirərək imunitetinin yarandığını nəzərə aldıqda bu rəqəmlər dekabrdakından azı iki dəfə daha kritik vəziyyətdə olduğumuzu göstərir.

Həkim-infeksionist Nicat Əzimli Bakıvaxtı.az-a bildirib ki, araşdırmalar göstərir ki, əhalinin 30 faizinin vaksinasiya olunması hələ yetərli preventiv effektə malik deyil.

“Yoluxma sayı realdır. Hətta rəqəmlərdəkindən daha çox olduğunu deyə bilərəm. Nəzərə alsaq ki, bir çox insan PZR müayinəsindən yayınır. İndi üçün ən yaxşı tədbir vaksinasiyaya daha çox insanı cəlb etməkdir. Qapanmalara gedilməsinin qarşısını ancaq bu ala bilər”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026