• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənilər həmişə başqa xalqların qoltuğunda parazit kimi yaşayıb - Deputat

SİYASƏT

19 Sentyabr 2022 | 11:41 | Müəllif: Qalib İbrahimoğlu

Ermənilər həmişə başqa xalqların qoltuğunda parazit kimi yaşayıb - Deputat

“Son vaxtlarda savaş meydanında rusvayçılıqla məğlub olan və bu məğlubiyyətin təzahürü kimi 10 noyabr 2020-ci ildə üçtərəfli müqaviləyə imza atan erməni faşizmi ölkəmizə qarşı yeni cinayətlər törədir. Çox təəssüf ki, qorxaqlıq və rəzillik əlaməti olan bu cinayət əməlləri dünyanın, beynəlxalq ictimaiyyətin gözü, önündə baş verir”.

Bunu Bakıvaxtı.az-a deputat Məlhət İbrahimqızı deyib.

Onun sözlərinə görə, erməni vandallarının törətdiyi bu vəhşiliklər gözləniləndir, lakin mütəşəkkil transmilli erməni cinayətlərinin bu əməllərinin İngiltərə, Fransa, ABŞ kimi ölkələrdə qulaqardına vurulması qəbuledilməzdir. Deputat deyib ki, erməni faşizminin Londonda , Parisdə , Beyrutda, Tiflisdə törətdiyi cinayətlərə həmin ölkələrin rəsmilərinin, hüquq mühafizə orqanlarının susqunluğu beynəlxalq hüququn ölməsi anlamındadır: “Əlbəttə, erməni vandallarının bu azğın fəaliyyəti sabah elə həmin ölkələrə qarşı yönələcək. Biz bunun artıq işartılarını da müşahidə edirik. Tarix boyu başqa xalqların və dövlətlərin qoltuqlarında parazit kimi yaşayan erməni xalqı üçün satqınlıq, riyakarlıq, xəyanət milli xüsusiyyətlər kimi formalaşıb.

Bugünlərdə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri, ermənipərəst, daha doğrusu, erməniləşmiş Nensi Pelosinin İrəvana səfəri zamanı küçələrdə Rusiya Federasiyasının Prezidenti Putinin şəkillərinin və rus bayraqlarının yığışdırılaraq ABŞ və Ukrayna bayraqlarının, Pelosinin şəkillərinin vurulması rəzilliyin son həddidir. Bu, ermənilərin öz iç üzlərinin özləri tərəfindən ifşasıdır. Yəni, erməni vandalizmi yeni bir şey deyil”.

M.İbrahimqızı xatırladıb ki, qocaman Turk dövlətinə heç yuxularında belə gücü çatmayan erməni vandalları müxtəlif xarici ölkələrdə onlarla türk diplomatını qətlə yetirib. Dediyinə görə, rüsvayçılıq odur ki, bu hadisələrin baş verdiyi öıkələrdə bu cinayətlərlə bağlı heç bir konkret iş görülməyib: “Tarix təkrar olunur. Eyni ssenari ilə bu gün bu cinayətkar təxəyyüllü barbar xalq Azərbaycanın xarici ölkələrdə olan diplomatik korpuslarına və azərbaycanlılara qarşı günün günorta çağında hər kəsin gözü önündə vəhşiliklər və cinayətlər törədir.

Biz hər zaman mütəşəkkil erməni cinayətkarlığını, erməni terror və diasporunu dəstəkləyən erməni lobbisini, beynəlxalq təşkilatları və ölkələri ermənipərəst adlandırmışıq. Amma görünür, bu ifadə o qədər də uğurlu deyil, əsl adı erməniləşmiş təşkilatlar və ölkələr deyilsə, daha doğru olar”.

Deputatın sözlərinə görə, erməni xalqını ən gözəl xarakterizə, onların əsl siyasi mahiyyətini ifşa edən Azərbaycan prezidentidir: “O, müharibədən sonra dəfələrlə dünya erməniliyi ilə mübarizənin bitmədiyini və onların öz çirkli əməllərindən də əl çəkmədiklərini çıxışlarında bildirib. Bu çıxışlarda səsləndirilmiş mesajlar bütövlükdə dünya azərbaycanlılarına göndərilmiş mesajlardır. Bu mənada xalqımız yenə də əl və el birliyi ilə möhtərəm prezidentimizin ətrafında sıx birləşərək transmilli mütəşəkkil erməni cinayətkarlarına qarşı mübarizə aparacaq. Ötən dövr sübut etdi ki, beynəlxalq təşkilatlar hətta XX əsrin ən ağır faciəsi olan Xocalı soyqırımına qarşı susquluq göstərdi. Əminik ki, xalqımız öz haqlı mübarizəsində sarsılmaz dəmir yumruğun zərbəsi ilə bir daha qalib çıxacaq”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026