• Bakı 16° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Ermənistanda etiraz aksiyaları: Paşinyanı sülh prosesindən geri itələyirlər

SİYASƏT

10 May 2024 | 12:14

Ermənistanda etiraz aksiyaları: Paşinyanı sülh prosesindən geri itələyirlər

Ermənistanda Nikol Paşinyana qarşı başlanan etirazların bu zamana qədər müşahidə edilən yuxarı həddi mayın 9-da baş tutub.

Prosesə Ermənistan daxilindəki gərgin ictimai-siyasi atmosferin kənarındakı maraqlar kontekstindən baxmağa ehtiyac var.

Paşinyanın Azərbaycanla sülh gündəliyi üzrə göstərdiyi konstruktiv mövqe hansı beynəlxalq və regional oyunçuların əsəblərinə toxunur?

Siyasi şərhçi Aqşin Kərimov Bakıvaxtı.az-a qeyd edib ki, regionda bir reallıq yaranıb, artıq bütün aktorlar da bu geosiyasi gerçəklikləri qəbul edir:

“Lakin onlar həmin reallıqlardan sonrakı prosesləri və Azərbaycan-Ermənistan münasibətlərindəki normallaşmanı öz xeyirlərinə çevirməyə çalışırlar. Deməli, Rusiya da, ABŞ də və son zamanlar daha çox Vaşinqtonun kölgəsi altında davranan Avropa İttifaqı da Bakı-İrəvan münasibətlərinin tənzimlənməsi iplərini ələ almağa çalışırlar. Fransa ilə İranın manifesti isə fərqli narrativlərə söykənsə də, onların nəhayətdə rıçaq qazanmaq sevdaları az deyil.

Burada Azərbaycana qarşı diktə dili və təzyiqlər nəticə vermir, belə olduğu təqdirdə aktorlar Ermənistanı hədəf taxtında oturtmağa ehtiyac yarandığını qiymətləndirirlər.

Onlar Paşinyanı sülh gündəliyindən geri itələmək üçün Ermənistan daxilindəki radikal ab-havanın qızışdırılmasının tərəfdarı kimi görünə bilərlər”.

Bununla yanaşı, A.Kərimov diqqətə çatdırıb ki, söhbət heç də Paşinyanın hakimiyyət kürsüsündən endirilməsi olmaya bilər, sadəcə olaraq baş naziri güc mərkəzləri idarəedilən səviyyədə sülh müqaviləsi layihəsinə doğru itələyirlər:

“Belə mənzərədə kilsənin hansı tərəfin maraqlarını güdərək hansı təlimatlarla çıxış etdiyi aydınlaşır”.

Aqşin Kərimov, siyasi şərhçi

Paşinyanın hakimiyyətdən devrilməsinə gəlincə, müsahibimiz hesab edir ki, bu, yalnız silah gücü ilə mümkündür. Onun sözlərinə görə, çünki seçki və erməni cəmiyyətindəki revanşist əhval-ruhiyyə Paşinyanı devirmək üçün lazım olan resurslardan məhrumdur:

“Lakin indiki məqamda silahlı qiyamla Paşinyanın devrilməsi mümkünsüz görünür, ümumiyyətlə etirazçıların təşkilatlaraq silahlı fazaya daxil olmaması üçün məncə, ciddi nəzarət mövcuddur. Bu nəzarət hansı qüvvəyə məxsusdur? Məncə, bu mövzu ətrafında ətraflı təhlilə ehtiyac var.

Hər halda, cari qiymətləndirmədə, kilsənin məqsədini belə izah edə bilərik:

Kilsə sadəcə ölkədaxili siyasi qüvvələri və onların elektoratlarını Paşinyana qarşı vahid cəbhədə birləşdirilməsinə, ikinci mərhələdə isə izdihamlı mitinqlər keçirməyə, vətəndaş itaətsizliyinə nail olmağa çalışır.

Ancaq hələ kimsə dəqiq qarantiya da verə bilməz ki, Paşinyanın devrilmə ehtimalı yoxdur”.

Aydın Baxış


SON XƏBƏRLƏR