ABŞ Dövlət Departamenti Ermənistanda insan haqlarının vəziyyəti ilə bağlı hesabat dərc edib.
Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hesabatda Ermənistanda insan haqlarının pozulması halları yer alıb.
ABŞ Dövlət Departamenti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılıqları, pis həbsxana şəraitini, əsassız həbsləri və söz azadlığının məhdudlaşdırılması hallarını təqdim edib.
















