• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ermənistanda korpus komandiri işdən çıxarılır

DÜNYA

19 Yanvar 2023 | 09:56

Ermənistanda korpus komandiri işdən çıxarılır

Ermənistan Silahlı Qüvvələrinin ikinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan vəzifəsindən azad ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Lurer” portalı yayıb. 

Məlumata görə, V.Qriqoryan Ermənistanda hərbi hissələrdən birinin kazarmasında baş verən yanğınla əlaqədar olaraq vəzifəsindən uzaqlaşdırılacaq.

Xatırladaq ki, gecə Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissələrdən birinin kazarmasında yanğın baş verib. Yanğın nəticəsində 15 hərbçi ölüb, daha 3-ü isə yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026