• Bakı 12° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Əşrəf Hakimi "Mançester Siti"yə keçə bilər

İDMAN

24 Iyun 2023 | 14:53

Əşrəf Hakimi "Mançester Siti"yə keçə bilər

Fransanın PSJ klubunun və Mərakeş millisinin futbolçusu Əşrəf Hakimi karyerasını İngiltərədə davam etdirə bilər.

Bakıvaxtı.az "Marca" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" 25 yaşlı müdafiəçi ilə maraqlanır.

"Şəhərlilər" Kayl Uokerin mümkün gedişi ilə əlaqədar afrikalı oyunçunu heyətinə qatmaq niyyətindədir. Üstəlik, qışda Almaniya "Bavariya"sına icarəyə verilən Joau Kanselu komandaya qayıtmayacaq.

Qeyd edək ki, Əşrəf Hakimi 2021-ci ildən Paris təmsilçisində çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 39 oyuna çıxıb, 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR