İranda davam edən edamlara ediraz olaraq Fransanın Eyfel qülləsində “İranda edamlara son qoyulsun” şüarları əks olunub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xbər verir ki, İranda Mahsa Əmini etirazlarına qatıldıqları üçün edama məhkum edilənlərin sayı günü-gündən artır. Paris Bələdiyyəsi iranlı nümayişçilərə dəstək verib.
Paris Bələdiyyəsi tərəfindən edilən açıqlamada İran hökumətinin etirazçıları edam etməyə davam etdiyi bir vaxtda azadlıqları üçün cəsarətlə mübarizə aparan və müxalifətə dəstək verənlərin xatirəsini yad etmək üçün sözügedən şüarların Eyfel qülləsində əks etdirildiyi bildirilib.
Şüarlar yerli vaxtla saat 18.30-dan etibarən öz əksini tapıb və 2 gün davam edəcək.
Eyfel qülləsi ilə üzbəüz Trocadero meydanına toplaşan iranlı müxaliflər hökumət əleyhinə etirazlarını davam etdiriblər.
Paris meri Ann Hidalqo ötən ilin oktyabrında Masha Aminiyə Paris şəhəri fəxri vətəndaşlığını verib.
Aytac Aslan

















