Xəstələrin öz həkimlərinə müraciət etməsi onların sağlamlığının yaxşılaşması ilə əlaqələndirilir.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Kembric Universitetinin alimləri müəyyənləşdirib.
Belə ki, tədqiqatçılar 2007-ci ilin yanvarından 2017-ci ilin dekabrına qədər Böyük Britaniyada 10 milyondan çox ziyarəti qeydə alan Klinik Təcrübə Araşdırma Datalink məlumatlarından istifadə ediblər.
Onlar müəyyən ediblər ki, eyni həkimə müraciət etmək insanın sağlamlıq ehtiyaclarını daha yaxşı başa düşməyə səbəb olur.
Bundan əlavə, tək bir mütəxəssislə davamlı məsləhətləşməsi müxtəlif səbəblərdən xəstəxanaya yerləşdirmə riskinin azalması ilə əlaqələndirilib.
Alimlər bildirib ki, bu müşahidə və müalicə taktikası ən böyük faydanı 86 yaşdan yuxarı xəstələrə verir.
Tədqiqatçılar izah etdilər ki, bu təsir həkimin xəstənin xəstəlik tarixi və sağlamlıq xüsusiyyətləri ilə daha ətraflı tanış olması ilə bağlıdır.
Mina Mikayılova
















