• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qorxunc statistika: Yaşı 50-dən aşağı olanlarda...

CƏMİYYƏT

27 Mart 2024 | 12:58

Qorxunc statistika: Yaşı 50-dən aşağı olanlarda...

İngiltərə vəliəhd şahzadəsi Uilyamın həyat yoldaşı şahzadə Keytin ötən həftə xərçəng xəstəliyindən müalicə olunduğunun açıqlanması 50 yaşdan aşağı xərçəng xəstəliyinin yayılmasını gündəmə gətirib.

Bakıvaxtı.az xəbər verir ki, araşdırma erkən yaşlarda xərçəngin 1990-2019-cu illər arasında dünya üzrə 79 faiz artdığını ortaya qoyub. Mütəxəssislər 2030-cu ilə qədər gənclər arasında xərçəngə yoluxmaların 31 faiz artacağını proqnozlaşdırıblar.

Məşhur onkoloq Prof. Karol Sikora bildirib ki, piylənmə, yağlı qidalanma, oturaq həyat tərzi, bütün günü masa arxasında oturmaq gənclərdə xərçəng xəstəliyini artırıb. Mütəxəssislər, həmçinin qırmızı ətin çox, meyvənin az istehlak edilməsinin, həddindən artıq spirt və siqaretin risk faktorları olduğunu bildiriblər.

Britaniyalı mütəxəssislər süd vəzi xərçənglərinin 80 faizini təşkil edən estrogen reseptor müsbət (ER+) döş xərçənginin nə üçün geri dönə biləcəyini araşdırıblar. Tədqiqatçılar müəyyən ediblər ki, “G9a” adlı fermentin bloklanması yatmış xərçəng hüceyrələrini öldürür.

Prof. Luca Magnani ümid edir ki, ilkin tapıntılar yatmış xərçəng hüceyrələrini öldürən müalicələrə gətirib çıxaracaq ki, residiv problem olmasın.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026