• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Təbiətdə 97% həll olunan plastik istehsal edildi

CƏMİYYƏT

27 Mart 2024 | 13:10

Təbiətdə 97% həll olunan plastik istehsal edildi

Xərçəngə səbəb olan mikroplastiklər qida təhlükəsizliyini və sağlamlığımızı təhdid etməyə davam edir. Mikroplastiklərə parçalanmayan yeni bitki əsaslı plastik qida, su və bədənimizdə aşkar edilən zəhərli maddələrin artmasına həll yolu ola bilər.

Bakıvaxtı.az "N TV"yə istinadən xəbər verir ki, mikroplastiklərin artması, demək olar dünyanın hər yerində davam edir. Mütəxəssislər bunun həllini təbiətdə həll olanda mikroplastikə çevrilməyən yeni növ bitki mənşəli plastik istehsal etməklə tapıblar.

San Dieqodakı Kaliforniya Universitetinin tədqiqatçıları yosunlardan bioplastik adlanan bitki əsaslı polimer hazırlayıblar. Bildirilib ki, bu plastiklərin 97 faizi 200 gün ərzində zibilxanalarda bioloji parçalanır. Ənənəvi plastiklərin yalnız 35 faizi bioloji parçalana bilir.

Komanda "TPU-FC1" adlı yosun əsaslı polimer hazırlamağa müvəffəq oldu və 2022-ci ildə fosil yosun yağından hazırlanmış ilk bioparçalana bilən ayaqqabı altlıqlarını bazara çıxardı. Plastiklər yosunlardan əldə edilən yağdan istehsal olunur, bu da onu bioloji parçalana bilən məhsullar üçün ən yaxşı seçim edir.

Tədqiqatçılar bitki mənşəli mikroplastiklərin 32 faizini 90 gündən sonra, 3 faizini isə 200 gündən sonra bərpa ediblər. Bu o deməkdir ki, sınaq materialının 97 faizi bioloji parçalana bilir.

Mikroplastiklər, hətta damarlarımızda, ağciyərlərimizdə, plasentalarımızda olan və parçalanması minilliklər çəkə bilən kiçik plastik məmulat parçalarıdır. Mikroplastiklər son vaxtlar gündəlik həyatımızda istifadə etdiyimiz məhsullardakı bolluğu ilə böyük diqqət çəkməyə başlayıb.

Kiçik hissəciklər planetin ən dərin yeri olan Mariana xəndəkindən tutmuş Everest zirvəsinə kimi Yer kürəsinin demək olar ki, hər yerində tapılıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR