• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Əziz Orucovun ittihamı yüngülləşdirildi

HADİSƏ

13 Dekabr 2024 | 14:12

Əziz Orucovun ittihamı yüngülləşdirildi

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucova verilmiş ittiham yüngülləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, ibtidai istintaqın sonunda ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamı ləğv edilib.

Onun üzərində yalnız 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) ittihamı saxlanılıb. Həmin maddənin sanksiyasında 3 ilə kimi həbs və ya azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulur.

Kanal rəhbərinin ağır ittihamı götürüldüyü üçün onun işi Səbail Rayon Məhkəməsinə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026